...

Rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq - RƏSMİ

Cəmiyyət Materials 12 İyun 2020 18:33 (UTC +04:00)
Rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq - RƏSMİ

Bakı. Samir Əli -Trend:

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan bəzi şəxslər rayonlara getmək istəyirlər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: "Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti