...

Apellyasiya müraciətlərinə onlayn qaydada baxılacaq

Cəmiyyət Materials 16 İyun 2020 16:35 (UTC +04:00)
Apellyasiya müraciətlərinə onlayn qaydada baxılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

İyunun 18-dən başlayaraq, apellyasiya müraciətlərinə onlayn qaydada baxılacaq.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əgər valideyn müsahibənin nəticəsindən narazıdırsa, apellyasiya qaydasında müraciət edə bilər.

İ.Abdullayeva qeyd edib ki, apellyasiya uşağın yenidən müsahibədən keçirilməsi demək deyil: “Apellyasiya zamanı uşağın videosuna baxılacaq. Əgər uşaq rus dilində danışa bilərsə, onun müraciətinə müsbət rəy veriləcək”.

İ.Abdullayeva əlavə edib ki, tədrisi digər dillərdə bölmələr üzrə 1-ci sinfə qəbul üçün keçirilən onlayn müsahibələrdə uşaqlar daha rahat olurlar: “Onlayn imtahanlarda uşaqlar özlərini daha rahat hiss edirlər. Valideynlər uşaqlarını yuxudan oyadaraq “bu gün sən imtahana gedəcəksən” demirlər. Hər bir uşaq özünün ev geyimində oturaraq müsahibədən keçir. Hər komssiyada psixoloq olur və uşaqları yaşına uyğun danışdırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti