...

Deputat Naqif Həmzəyevdən Beynəlxalq Yoqa Gününə təbrik

Cəmiyyət Materials 22 İyun 2020 10:45 (UTC +04:00)
Deputat Naqif Həmzəyevdən Beynəlxalq Yoqa Gününə təbrik

Bakı. Trend:

“BMT Baş Assambleyası iyunun 21-ni gününü Beynəlxalq Yoqa Günü elan etməklə bu qədim təcrübənin sağlamlıq və əmin-amanlıq üçün hərtərəfli faydasını müasir dünyamızın diqqətinə çatdırdı”.

Bunu Hindistanın ölkəmizdəki səfirliyinin Facebook səhifəsində canlı yayımlanan Yoqa Sessiyasında iştirak edən Milli Məclisin Azərbaycan-Hindistan parlamenlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Naqif Həmzəyev bildirib.

Əlamətdar gün münasibəti ilə yoqa sevərlərə, yoqa həvəskarlarına, yoqanı bir həyat tərzinə çevirmiş insanlarə təbrik edən Naqif Həmzəyev bildirib:

“Hind fəlsəfəsindən gələn inanca görə sağlamlıq və rahatlığın açarı olan yoqa insanın özünü dərindən tanımasına, təbiətin harmoniyasına uyğunlaşmasına yardım edir. Dünyanın bir çox məşhurlarının üz tutduğu, insanın canlıya, cansıza fərqi qoymadan hər şeyə sevgi ilə yanaşmasını təbliğ edən yoqa əsəbdən, gərginlikdən qurtulmağın ən sağlam yollarından biridir.Ən başlıcası isə yoqa fiziki idman növü olmaqla yanaşı, insanı ziddiyyətlərdən, qəmdən, kədərdən, ağrılardan uzaqlaşmağa dəvət edir, onu bütövləşdirir.

Bütün yogiləri Beynəlxalq Yoqa Günü münasibətilə təbrik edirəm. Azərbaycandan-Gəncə şəhərindən ən xoş arzularımı və salamlarımı çatdırıram və həyatda hər birimizə yoqa sakitliyi arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti