Cəlil Xəlilov: Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

Cəlil Xəlilov: Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

Bakı. Trend:

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.

-Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.

-Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.

Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.

Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.

-Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?

-Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.

1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.

Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.

60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.

-Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?

-Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.

Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.

-Bəs bu gün Azərbaycan ordusunun mövcud durumunu, döyüş hazırlığını necə dəyərləndirirsiniz?

-Azərbaycan ordusu bu gün dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, ordu quruculuğu prosesinə böyük təkan verdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük investisiyaların cəlb olunmasına, iqtisadi gücünün artmasına, nəticədə Azərbaycan ordusunun müasir texnika, silah-sursatla təmin edilməsinə imkan verdi. Ölkəmizdə müasir hərbi hissələr, hərbi şəhərciklər yaradıldı.

Bir müddət bundan öncə keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurdu. Bu təlimlərə NATO ölkələri də yüksək qiymət verdi. Ordumuzun dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirdi və bu gün də keçirməkdədir.

Bu gün ordumuzun arsenalında müasir texnikalar, hərbi təyyarələr, raket sistemləri mövcuddur.

Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.

2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.

Bu gün Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.

-Cəlil müəllim, hərbçilərimizin sosial qayğılarının, mənzil-məişət problemlərinin həlli istiqamətində atılan addımları necə dəyərləndirirsiniz? Bu məsələdə səsləndirmək istədiyiniz hansısa təklif varmı?

-Ölkə başçısı orduya hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Orduda xidmət edən hərbçilərin sosial problemləri, mənzil-məişət məsələləri daim diqqət mərkəzindədir. Yeni hərbi şəhərciklərin salınması, ailələi zabitlərin mənzillə təmin olunması və s. bu sahəyə diqqətin böyük olduğunu göstərir.

Zabitlərimiz ordudakı xidmətlərini başa vurandan sonra da mənzillə təmin olunurlar. Hesab edirəm ki, gələcəkdə onlarla dövlət qurumları arasında daha sıx əlaqənin təmin edilməsi, bu kimi problemlərin daha çevik şəkildə, qısa zaman ərzində həllinə səbəb ola bilər.

Kiçik zabitlər 48, böyük zabitlər 53 yaşına qədər xidmət edirlər. Bunlar ehtiyata buraxılana yaxın, 6 ay öncədən hərbi hissə komandirləri, Müdafiə Nazirliyi rəhbərliyi bilir ki, bu müddətdən sonra nə qədər zabit ehtiyata buraxılacaq. Bu zabitlərin hansı rayonda məskunlaşacağı nəzərə alınmaqla, həmin rayonların icra hakimiyyətləri ilə danışmaq, onların mənzil problemini qısa zamanda həll etmək mümkündür. Düşünrəm ki, məsələlərin bu şəkildə təşkili zabitlərimizin mənzil probleminin daha effektiv həllinə gətirib çıxara bilər.

Sonda bir daha Silahlı Qüvvələrimizi, əsgər, zabit və generallarımızı, həmçinin veteranlarımızı təbrik edirəm. Ümid edirəm ki, biz ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyik.

"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Loading Bars
Xəbər lenti
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
Məşhur rusiyalı aktyor koronavirusa yoluxub
Naxçıvan Muxtar Respublikasının statistik göstəriciləri açıqlanıb
Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq - DİM sədri
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir
Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL
Rusiyada terror aktlarının qarşısı alınıb
Müəllimlərin əmək haqqını mənimsəyən məktəb direktoruna yeni ittiham irəli sürüldü
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Ermənistanda daha iki nazir müavini istefa verdi
Çayda batan şəxsin meyiti tapılıb
Özünüməşğulluq proqramı Kəlbəcərdə (FOTO)
Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq
Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır (FOTO)
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
“AzerGold”un fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib (FOTO)
Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti
“AccessBank”da kadr dəyişikliyi
Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri (FOTO/VİDEO)
Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur - Deputat
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib
Kəlbəcərin təhsil statistikası açıqlanıb
Ordumuz Kəlbəcərdə Ermənistanla sərhəddəki yüksəklikləri tutacaq - Vaqif Dərgahlı (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat
Qazaxıstanda koronavirusa daha 720 nəfər yoluxub
Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)
Yaponiyada 4,3 bal gücündə zəlzələ olub
Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq
İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır
Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb
Bütün xəbərlər