Bakı. Trend:
Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.
Trend-in məlumatına görə, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşə kənd sakinləri ilə bərabər, orada olan media nümayəndələri və bölgənin millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, eləcə də onların köməkçiləri də şahid olub.
Qeyd edək ki, dünən Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.
Ərazidə olan vətəndaşlar, jurnalistlər və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.