...

Bu gündən istifadəyə verilən çimərliklər (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2020 10:29 (UTC +04:00)
Bu gündən istifadəyə verilən çimərliklər (FOTO)

Bakı. Asif Mehman - Trend

Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilib.

Trend-in məlumatına görə, cimerlik.az portalı da fəaliyyətə başlayıb. Portala daxil olan çimərliklər vətəndaşların istifadəsinə hazırdır.

Qeyd edək ki, çimərliklə saat 09.00-20.00-a qədər fəaliyyət göstərəcək. Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi qadağandır. Onlayn formada isə sifarişlər vermək mümkündür.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Trend-ə bildirib ki, Bakı və Sumqayıtda eyni anda 100 minə yaxın şəxsin çimərlikdə istirahət etmək imkanı var. "cimerlik.az" portalı vasitəsilə çimərliklərin doluluq səviyyəsini görmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti