...

Bu gün daha 2997 müəllim işə qəbul imtahanı verir

Cəmiyyət Materials 21 Avqust 2020 09:30 (UTC +04:00)
Bu gün daha 2997 müəllim işə qəbul imtahanı verir

Bakı. Trend:

Avqustun 21-də musiqi və fiziki tərbiyə fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2997 namizədin iştirakı nəzərdə tutulub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti