...

Bakı və bir neçə rayonda suyun verilişi dayandırılacaq

Cəmiyyət Materials 25 Avqust 2020 10:39 (UTC +04:00)

Bakı. Trend:

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti