...

Sabahdan “Dərs vaxtı” proqramının yayımına start verilir (VİDEO)

Cəmiyyət Materials 31 Avqust 2020 12:34 (UTC +04:00)
Sabahdan  “Dərs vaxtı” proqramının yayımına  start verilir (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yayımına start verilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həftənin beş günü məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri sizinlə əvvəlcədən paylaşılacaq.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti