...

Azərbaycan Gimnastika Federasiyası Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib

Cəmiyyət Materials 1 Sentyabr 2020 17:45 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası Trend-i 25 illik yubileyi ilə bağlı təbrik edib

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası Trend Beynəlxalq İnformasiya Agentliyi 25 illik yubileyi münasibətilə təbrik edib.

Azərbaycan Gimnastika Federasiyası uzun illərdir rəsmi tərəfdaşı olan agentliyi yubiley münasibətilə ürəkdən təbrik edir:

"Fəaliyyətlərində yeni nailiyyətlər və nəinki Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda daim ön sıralarda olmağı arzu edirik!

Uzunmüddətli əməkdaşlığımız ərzində daim yanımızda olub, bizə dəstək göstərdiyi, eyni zamanda gimnastika aləmində baş verən ən son yeniliklər haqqında cəmiyyətimizi operativ, düzgün və sanballı şəkildə məlumatlandırdığı üçün Trend-ə dərin təşəkkürümüzü bildiririk.

Əməkdaşlığımız bizim üçün çox dəyərlidir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti