...

“AzTV Xəbər” efirdədir! - Bu gündən tam yeni təqdimatda (VİDEO)

Cəmiyyət Materials 14 Sentyabr 2020 15:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Trend-in məlumatına görə, uzun illər “Xəbərlər” adı ilə efirə gedən verilişin adı dəyişdirilərək “AzTV Xəbər” olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da “AzTV Xəbər”in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim Təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti