...

Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2020 15:02 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”dən faydalananların sayı artır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5-21 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 285 399, müəllimlərin sayı 123 029 nəfər olub.

Portalın aktiv istifadəçilərin sayı 861 403 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 5 754 809 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti