...

Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”

Cəmiyyət Materials 24 Noyabr 2020 00:01 (UTC +04:00)

Bakı. Trend:

“Emmanuel Makron diskussiya zamanı çox fundamental məsələyə toxunub. Prezident beynəlxalq hüququ xatırladır. Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlar Azərbaycanın ərazisidir. Beynəlxalq hüquq da bunu belə tanıyır. Hesab edirəm ki, bu, ədalətli mövqedir. Şəxsən mən də hər zaman bu mövqedə olmuşam. Lakin həqiqət ondan ibarətdir ki, Fransa Prezidenti heç vaxt ictimai şəkildə belə mövqe səsləndirməmişdi. Bu çatışmayan cəhət idi və Fransa siyasətində anlaşılmazlıqlar yaradırdı. Ancaq indi bu, baş verdi. Prezident bunu ictimaiyyət önündə dedi. Sonra da görüntülər paylaşıldı”.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramına “Skayp” vasitəsilə qoşulan Fransa Milli Assambleyasının deputatı Jerom Lambert deyib.

Deputat qeyd edib ki, Fransa rəhbərinin fikirlərindən məmnundur, ona görə ki, Prezident beynəlxalq hüquqa söykənən mövqe sərgiləyib. Fransa Senatında Dağlıq Qarabağın qondarma “müstəqilliyinin” tanınması məsələsinə gəlincə, J.Lambert qeyd edib ki, bu diskussiyaların heç bir mənası yoxdur: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqda tanınan ərazisidir. “Müstəqilliyin” tanınması Fransa hökumətinin və Senatının qərarına bağlı məsələ deyil. Fransa Milli Assambleyasında da bəzi qruplar belə qətnamələrlə çıxış etmişdilər. Amma bunun əhəmiyyəti yoxdur. Sənəd qəbul olunsa belə, bunun hüquqi əsası olmayacaq. Fransa əvvəlki mövqeyində qalacaq, çünki Fransanın mövqeyi beynəlxalq hüquqa əsaslanır”.

“Fransada bəzi siyasi partiyalar erməni icmasının təsiri ilə belə mənasız işlərə baş qoşurlar. Təkrar edirəm, bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək. Belə sənədlər gülüncdür. Çünki o sənədlər ərazilərin kimə məxsus olduğunu müəyyənləşdirmək gücünə malik deyil. Ona görə də bu, müzakirələrdən o tərəfə keçməyəcək”, - deyə Fransa Milli Assambleyasının üzvü vurğulayıb.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti