...

Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

Cəmiyyət Materials 24 Noyabr 2020 11:08 (UTC +04:00)
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronavirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputatlar haqqında da danışıb: “Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki, özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki, qaydalara riayət edəsiniz. Bu mübarizədə də fəal iştirak etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti