...

Azərbaycanda 4 127 nəfər COVID-19-dan sağalıb, 1 064 nəfər yoluxub, 32 nəfər vəfat edib

Cəmiyyət Materials 31 Dekabr 2020 15:26 (UTC +04:00)
Azərbaycanda 4 127 nəfər COVID-19-dan sağalıb, 1 064 nəfər yoluxub, 32 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 422 nəfər müalicə olunaraq sağalıb, 2 641 nəfər vəfat edib, aktiv xəstə sayı 31 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 219, bu günə qədər isə ümumilikdə 2 195 466 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti