...

Azərbaycanda 4 473 nəfər COVID-19-dan sağalıb, 341 nəfər yoluxub, 29 nəfər vəfat edib

Cəmiyyət Materials 1 Yanvar 2021 18:19 (UTC +04:00)
Azərbaycanda 4 473 nəfər COVID-19-dan sağalıb, 341 nəfər yoluxub, 29 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 4 473 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər "COVID-19"dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.

Bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti