...

Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib

Cəmiyyət Materials 28 Yanvar 2021 12:41 (UTC +04:00)
Azərbaycana gələn türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım göstərib

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti