...

Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb

Cəmiyyət Materials 1 Fevral 2021 12:11 (UTC +04:00)
Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, M.Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

M.Vəliyeva 2018-ci ilin iyunun 27-dən təhsil nazirinin müavini vəzifəsini icra edirdi.

O, buna qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti