...

Baş Prokurorluğun növbəti sual-cavab sessiyası keçirilib (VİDEO)

Cəmiyyət Materials 12 Fevral 2021 14:07 (UTC +04:00)
Baş Prokurorluğun növbəti sual-cavab sessiyası keçirilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Fevralın 12-də saat 09:30-dan 12:30-dək Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti