...

Oksford Universiteti Azərbaycanla əməkdaşlıq etmək istəyir (FOTO)

Cəmiyyət Materials 10 Mart 2021 16:41 (UTC +04:00)
Oksford Universiteti Azərbaycanla əməkdaşlıq etmək istəyir (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Böyük Britaniyanın Oksford Universiteti zəlzələlərin tədqiqatı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev bildirib ki, AMEA ilə Oksford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələr pandemiya səbəbindən bir qədər gecikib. Bu baxımdan da o, keçirilən müzakirələrin tərəflər üçün vacib olduğunu qeyd edib.

İ.Quliyev zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan Universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik İbrahim Quliyev Oksford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyb.

AMEA-nın vitse-prezidenti ötən il AMEA və Oksford Universiteti arasında Anlaşma Memorandumu imzalandığını qeyd edib.

Oksford Univestetinin professorları - Phillp England, Mike Kendlli, James Jackson, Richard Walker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. bp şirkətinin nümayəndəsi Grey Riby isə çıxışında tərəflər arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan bp nümayəndəsi deyib ki, bu əməkdaşlıq sayəsində Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti