...

Azərbaycanda 2 248 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Cəmiyyət Materials 1 Aprel 2021 18:35 (UTC +04:00)
Azərbaycanda 2 248 nəfər COVID-19-a yoluxub, 26 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 263 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 21 383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 375, ötən müddət ərzində isə ümumilikdə 2 888 033 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti