...

"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2021 13:28 (UTC +04:00)
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 14-də "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə onlayn formada "Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib. "Zoom" platforması üzərindən keçirilən psixoloji debatda Bakı Slavyan Universitetinin (BSU) Ölkəşünaslıq Klubu İdarə Heyətinin üzvləri, fəal tələbələr və digər universitetlərin tələbələri iştirak ediblər.

BSU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə bildirilib ki, tədbirin moderatoru, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi Nizami Xəlil tələbə-gəncləri debatda fəal iştirak etməyə çağırıb.

Debatda çıxış edən "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə son vaxtlar ölkəmizdə intihar hallarının artmasının cəmiyyətdə böyük narahatçılıq yaratdığını bildirib və bu mənfi halın qarşısının alınması üçün hamının birgə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında qeyd edib ki, gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin ardıcıl olaraq keçirilməsi olduqca vacibdir.

Psixoloq Orxan Fərəcli tələbələrin psixoloji problemləri, qarşılaşdığı çətinliklər barədə danışıb və onlara öz tövsiyələrini verib.

Debatda maraqlı müzakirə aparılıb və tələbə-gənclərin sualları cavablandırılıb.

Sonda "Nadeshiko" Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə belə aktual mövzuda maarifləndirici tədbirin keçirilməsinə verilən dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti