...

Xalq artisti Eldar Quliyev vəfat edib

Cəmiyyət Materials 16 Aprel 2021 10:53 (UTC +04:00)
Xalq artisti Eldar Quliyev vəfat edib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanı tanınmış kinorejissor və ssenaristi, xalq artisti Eldar Quliyev vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

O qeyd edib ki, xalq artisti bundan əvvəl iki dəfə xəstəxanaya yerləşdirilmişdi və son günlər vəziyyəti ağır idi:

"Təssüflər olsun ki, Eldar Quliyevi bu dəfə xilas edə bilmədik. Xalq artistimiz bu gün səhər saatlarında rəhmətə gedib. Dəfn mərasimi ilə bağlı müvafiq qurumlar məşğuldurlar. Bu barədə də mətbuata açıqlama veriləcək".

Xatırladaq ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti