Çernobıl əlillərinə 30 mənzil təqdim olundu (FOTO)

Çernobıl əlillərinə 30 mənzil təqdim olundu (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan artıq 35 il ötsə də, bu qəza bəşər tarixinin dəhşətli hadisələrindən biri kimi daim xatırlanır. Həmin qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da minlərlə şəxs iştirak edərək öz töhfələrini verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb.

Nazir müavini Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət də ödənilir.

H.Abdullayev həmçinin Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatının həyata keçirildiyini deyib. Hazırda da bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, cənab Prezidentin Sərəncamı ilə bu il 3 min, ümumən 2021-2025-ci illərdə 11 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək. Keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış komplekslərindən mənzillər müharibə əlilləri və şəhid ailələrinə verilir, o cümlədən bu mənzillərdən 30 mənzil bu gün Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə də təqdim olunur.

Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə əlillərinə, onlara bərabər tutulan vətəndaşlara (onların sırasında Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər də var) təqdim edilib.

M.Həsənov Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinin ümumən bəşəriyyətin xilasına xidmət etdiyini vurğulayıb, bu işlərdə həmvətənlərimizin iştirakından, ölkəmizdə Çernobıl əlillərinə göstərilən dövlət qayğısından bəhs edib.

Yeni mənzillə təmin olunan Çernobıl əlilləri onlara göstərilən yüksək qayğıya və bu gün mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Loading Bars
Xəbər lenti
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
Bütün xəbərlər