...

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək

Cəmiyyət Materials 6 May 2021 14:06 (UTC +04:00)
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, dəyişiklikdə Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti