...

Ermənilər bizə ağır işgəncələr veriblər - Əsirlikdə olan şəxs

Cəmiyyət Materials 9 İyun 2021 13:38 (UTC +04:00)
Ermənilər bizə ağır işgəncələr veriblər - Əsirlikdə olan şəxs

Bakı. Elçin Mehdiyev – Trend:

Əsirlikdə olduğumuz zaman ermənilər bizə ağır işgəncələr veriblər.

Trend-in məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan Kamil Babayev deyib.

1 ildən artıq müddətdə əsirlikdə olduğunu deyən K.Babayev qeyd edib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan onlara ağır işgəncələr veriblər:

“Əsirlikdə olan zaman Şuşada, Xankəndində olmuşam. Əsirlikdə bizə çox işgəncələr veriblər. Hazırda məhkəməsi gedən ermənilər bizə qarşı çox qəddarcasına rəftar ediblər. Zaman gəldi, haqq-ədalət öz yerini tapdı, indi onlar öz çirkin əməllərinə görə cəzalarını alacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti