...

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir

Cəmiyyət Materials 16 İyun 2021 13:41 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir

Bakı. Trend:

2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 3 iyun tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2021-ci ilin 17 iyun tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti