...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 İyun 2021 17:10 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 556 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 546, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 010 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 877 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 885 031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 992 847 təşkil edir.

Xəbər lenti

Xəbər lenti