...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 23 İyun 2021 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 082 728 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti