...

Azərbaycanda 62 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 5 İyul 2021 18:39 (UTC +04:00)
Azərbaycanda 62 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1 035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti