Bakı. Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,8 faiz artaraq 8 milyard 608,1 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4 miyard 130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2 faiz azalaraq 4 milyard 477,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 39,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.