Bakı. Elçin Mehdiyev – Trend:
I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.
Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.