...

Azərbaycanda 412 nəfər koronavirusa yoluxub

Cəmiyyət Materials 24 İyul 2021 20:25 (UTC +04:00)
Azərbaycanda 412 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 3 148 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, bu günə qədər isə ümumilikdə 3 965 397 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti