Bakı. Çingiz Səfərli - Trend:
2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib.
Trend FHN-in cari ilin I yarımilliyi üzrə statistikasına istinadən xəbər verir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur.
Partlayışlar zamanı 4 nəfər həlak olub, 43 nəfər yaralanıb.
Partlayışların 1-i fərdi evin yardımçı tikililərində, 17-si çoxmənzilli yaşayış binalarında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2-si isə istehsalat obyektylərində qeydə alınıb.