...

Trend-in ingilis dilində xəbərləri Türkiyənin nüfuzlu "Yenişafak" qəzetinin saytında yayımlanmağa başladı (FOTO)

Cəmiyyət Materials 29 İyul 2021 11:30 (UTC +04:00)
Trend-in ingilis dilində xəbərləri Türkiyənin nüfuzlu "Yenişafak" qəzetinin saytında yayımlanmağa başladı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyənin nüfuzlu "Yenişafak" qəzeti onlayn versiyada Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini ingilis dilində yayımlamağa başlayıb.

Qeyd edək ki, "Yenişafak" saytının ingilis dili versiyasında hazırda yalnız Trend Beynəlxalq İnformasiya Agentliyinin və Anadolu Dövlət Agentliyinin xəbərləri dərc olunur.

Xatırladaq ki, bundan əvvəl ingilis dilli “Azernews” qəzeti və “Yenişafak” qəzeti ilk Azərbaycan-Türkiyə media layihəsinə start verib. Bu layihə çərçivəsində “Azernews” qəzetinin çap versiyasında “Yenişafak” qəzetinin siyasət, iqtisadiyyat, cəmiyyət və mədəniyyət sahələri ilə bağlı xəbərlərinin dərc edilməsi üçün ayrıca bir səhifə ayrılıb.

Layihə, Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən media və məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti