...

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinə magistratura səviyyəsi üzrə qəbul planı 94% dolub

Cəmiyyət Materials 4 Avqust 2021 11:02 (UTC +04:00)
Bu il Azərbaycan Dövlət Aqrar Universitetinə magistratura səviyyəsi üzrə qəbul planı 94% dolub

Bakı. Trend:

2021/2022-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) magistr səviyyəsinə Azərbaycan və rus bölmələri üzrə qəbul aparılıb.

Universitetin magistratura səviyyəsinə qəbul 28 ixtisas olmaqla 77 ixtisaslaşmanı əhatə edib. Təsdiq olunmuş qəbul planında bu pillədə təhsil almaq üçün 330 yer nəzərdə tutulub.

Magistratura səviyyəsinə keçirilən qəbul imtahanın nəticələrinə əsasən 311 tələbə dövlət sifarişli və ödənişli əsaslarla ADAU-ya qəbul olunub.

Qəbul olunanların sayına əsasən qəbul planı 94,2 % dolub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti