...

Payıza doğru rəqəmlər bir az da artacaq - Həkim-infeksionist

Cəmiyyət Materials 9 Avqust 2021 16:55 (UTC +04:00)
Payıza doğru rəqəmlər bir az da artacaq - Həkim-infeksionist

Bakı. Çingiz Səfərli - Trend:

Koronavirusa qarşı 3-cü doza vaksin vurdurmaq qoruyuculuğu bir az da artırır.

Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. Onun sözlərinə görə, vaksinasiya xəstəliyin ağır gedişatının qarşısını alır:

"Koronavirusa yoluxma sayında artımın əsas səbəbi insanların son vaxtlarda xəstəliyə səthi yanaşmalarıdır. Həmçinin, tədbirlərin yumşaldılması, kütləvi yerlərdə maskadan geniş istifadə olunmaması da buna təsir göstərən amillərdəndir. Hesab edirəm ki, vəziyyət belə davam etsə, əvvəlkilər qədər olmasa da, hissəvi sərtləşmə olacaq. Koronavirusla mübarizədə vaksinasiya yeganə ümidimizdir. Bu gün ağır xəstələrin böyük bir qismi vaksinasiya olunmayanlardır. Belə ki, ölənlərdə bu rəqəm 95 %-ə bərabərdir. Payıza doğru rəqəmlər bir az da artacaq".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti