...

Vaksin nə qədər effektlidirsə, yan təsirləri də bir o qədər çoxdur - İnfeksionist

Cəmiyyət Materials 20 Avqust 2021 17:07 (UTC +04:00)
Vaksin nə qədər effektlidirsə, yan təsirləri də bir o qədər çoxdur - İnfeksionist

Bakı. Çingiz Səfərli - Trend:

Vaksinlərdə yan təsirlərin olması effektivliyinin göstəricisidir.

Bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. O bildirib ki, vaksin nə qədər effektlidirsə, yan təsirləri də o qədər çoxdur.

"Lakin bunlar qalıcı əlamətlər deyil. Vaksindən sonra narahatlıqlar uzağı 4 gün çəkir. Demək olar ki, hamıda iynə nahiyəsində ağrı, qolu qaldıra bilməmək, hərarət müşahidə olunur. Bu normaldır. Vaksin vurulan yeri ovmaq qətiyyən olmaz. Həmçinin 3 gün su dəyməməlidir, spirtli içki məsləhət deyil, vaksindən sonra 1-2 gün istirahət lazımdır. Yorğunluq yan təsirləri artırır".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti