Bakı. Samir Əli - Trend:
Uşaqlarda immun çatışmazlığını yalnız müayinə ilə müəyyən etmək olar.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin (SN) baş pediatrı Erkin Rəhimov deyib.
O bildirib ki, uşaqlarda immun sistemini qaldırmaq üçün dərman yoxdur: "Burada bir az yanlış anlama var. Hansısa dərman istifadə etməkdənsə, vaxtında peyvəndləri vurdurmaq daha məqsədəuyğundur”.