...

Ali məktəblərə qəbul olanların qeydiyyatı başlanır

Cəmiyyət Materials 7 Sentyabr 2021 07:13 (UTC +04:00)
Ali məktəblərə qəbul olanların qeydiyyatı başlanır

Bakı. Trend:

Ali məktəblərə qəbul olanların onlayn qaydada qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti