...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 Sentyabr 2021 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti