...

Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 17 Sentyabr 2021 22:01 (UTC +04:00)
Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bakı. Trend:

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağış bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti