...

Türkiyədə son sutkada koronavirusdan 23 197 nəfər sağalıb

Cəmiyyət Materials 18 Sentyabr 2021 01:05 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 23 197 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 237 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 341 854 nəfər test edilib, 27 692 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 23 197 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti