...

Universitetdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş videokonfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2021 18:06 (UTC +04:00)
Universitetdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş videokonfrans keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə başlayan Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də imzalanan Sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ölkəmizin bütün bölgələrində təntənə ilə qeyd edilir.

Xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə Ümummilli Lider Heydər Əliyev tərəfindən göstərilən diqqət, qayğı, zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Tədbirdə çıxış edən Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri qeyd ediblər ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərləri Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti