Bakı. Trend:
Millət vəkili Könül Nurullayeva həftə ərzində Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Trend-in məlumatına görə, deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ünvanlı sosial yardım almaqda çətinliklər yaşayan vətəndaşa köməkliyin göstərilməsi, sakinlərin həyatı üçün təhlükə mənbəyi olan ağaclara aqrotexniki qulluğun göstərilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri və vətəndaşlarımızın məşğulluq səviyyəsinin artırılması ilə bağlı məsələlər başlıca yer alıb.
Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.