...

Abşeronda 3 şəhidin il mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2021 15:49 (UTC +04:00)
Abşeronda 3 şəhidin il mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Abşeron şəhidlərinin - Ağakişiyev Nurlan Etibar oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu və Sadıxov Rahid Vahid oğlunun il mərasimi keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə bildirilib ki, mərasimdə İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə II Fəxri xiyabana gələrək şəhid Cəbrayıl Dövlətzadənin və Nurlan Ağakişiyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra iştirakçılar şəhid Rahid Sadıxovun və Nurlan Ağakişiyevin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə başsağlığı veriblər.

RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti