...

Gömrük Hospitalının həkimləri koronavirusa yoluxmuş həmkarlarını həyata qaytarıblar (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2021 16:49 (UTC +04:00)
Gömrük Hospitalının həkimləri koronavirusa yoluxmuş həmkarlarını həyata qaytarıblar (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalına ağır vəziyyətdə daxil olan xəstə - “HB Güven” klinikasının həkimi, ümumi cərrah Dr.Niyazi Eminov COVID-19 xəstəliyindən müalicə olunaraq sağalıb.

Sentyabrın 29-da evə yazılan Mərkəzi Gömrük Hospitalının pasiyenti Niyazi Eminov bu barədə deyib:

"İlk olaraq sağlamlığıma qovuşduğum üçün çox sevincliyəm. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səhiyyəmizin inkişafına göstərdikləri diqqət və qayğının təzahürüdür ki, Mərkəzi Gömrük Hospitalı kimi tibb ocaqları və burada tətbiq olunan yüksək texnologiyalar, eləcə də hospitalın təmin olunduğu müasiq tibbi avadanlıqlar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir və mən öz adımdan, ailəm adından dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Hospitalın ən böyük dəyəri isə burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir.

Mənim ölümdən dönməyimdə əməyi keçən bütün həkim briqadasına - baş həkimin rəhbərliyi və nəzarəti altında çalışan həkimlərə və tibbi personalın hər bir üzvünə təşəkkür edirəm, onlara çox məsul və ağır işlərində uğur arzulayıram. Mən, həmçinin, ən müasir avadanlıqlarla təchiz edilən bu hospitalda dövrün ən təhlükəli, ölüm saçan xəstəliyi - COVID-19-la mübarizədə həkimlər üçün gözəl şərait yaratmış Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və hospitalın baş həkimi Elman Məmmədova dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətlərində uğur diləyirəm”.

Niyazi Eminovun müalicə olunub sağalmasında hospitalın reanimasiya və intensiv terapiya şöbəsinin əməkdaşlarının əməyini qeyd etmək yerinə düşər. Şöbənin rəisi Dr.Tural Sadıqovun rəhbərliyi altında reanimatoloqlar - Dr.Mehdi Əliyev, Dr.Rəşad Nəsirli, Dr.Könül Həsənova, Dr.Təranə Göyüşova, Dr.Xəyal Məmmədov, Dr.Sevda Quliyeva, Dr.Mirmənsim Məmmədovdan ibarət peşəkar həkim briqadası ən ağır COVID-19 xəstələrinin müalicəsini uğurla icra edirlər.

Hospitalın pasiyenti Niyazi Eminov COVID-19 xəstəliyinə sentyabrın 10-da yoluxub, ilkin müalicəsini ev şəraitində alıb. Vəziyyəti ağırlaşdığından sentyabrın 16-da “Yeni klinika” tibb müəssisəsinə yerləşdirilib və müalicəsini orada davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti