...

Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlanıb

Cəmiyyət Materials 2 Oktyabr 2021 08:11 (UTC +04:00)
Bakıda əhalinin ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,4 faiz artaraq 14 milyard 602,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən Trend-ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 7 milyard 428,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 7 milyard 173,8 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti