...

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

Cəmiyyət Materials 6 Oktyabr 2021 11:24 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

Bakı. Çingiz səfərli - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, təhsil nazirinin əmrinə əsasən, Kamran Əliyev BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər K.Əliyev Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Təhsil nazirinin digər əmrinə əsasən, Tural Mahmudov BŞTİ-nin İnfomasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu təyinata qədər T.Mahmudov Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

Həmçinin təhsil nazirinin əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər F.Əsgərov Daxili işlər və Fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti