...

Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib

Cəmiyyət Materials 20 Oktyabr 2021 20:12 (UTC +04:00)
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin vəsaitlərini hansı məhsullara xərclədiyi məlum olub.

Trend-in məlumatına görə, qeyd olunan müddət ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti